Rafet Bakıya sevgilisini də gətirir

Rafet Bakıya sevgilisini də gətirir
1931 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Rafet El Roman sabah axşam saatlarında Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, iyunun 25-də “Ramada Hotel and Resort”da konsert verməyə hazırlaşan sənətçinin sevgilisi Ceren və oğlu da onunla birlikdə olacaq. Bu haqda əməkdaşımızla söhbətində təşkilatçı Nahid Emiloğlu məlumat verib.

Qeyd edək ki, konsertdə müğənni Günay İbrahimli də səhnəyə çıxacaq. Gecənin aparıcısı Zaur Nəbioğlu olacaq.

Biletlərin qiyməti 150-200 manat arası, konserti ayaqüstə izləmək istəyənlər üçün isə  70 manatdır. Bura yemək xərci də daxildir. Biletləri (050) 509 00 34 nömrəsindən əldə etmək mümkündür.

Xatırladaq ki, Rafetin konserti iyunun 7-nə planlaşdırılsa da, Almaniya vətəndaşı olan oğlunun viza məsələsi səbəbindən təxirə düşmüşdü.