Hüsniyyə əkizlərindən danışdı: “Çoxları ana olmağıma inanmır”

Hüsniyyə əkizlərindən danışdı: “Çoxları ana olmağıma inanmır”
7168 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Hüsniyyə Məhərrəmova “Biz beləyik” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, xasiyyətindən, uğurlarından danışan aparıcı mənfi cəhətlərini etiraf edib:

“Pozitiv biriyəm. Müsbət enerjini hər yerdən alıram. Əgər hansısa bir yerdə insanlar xoşuma gəlmirsə, oradan uzaqlaşıram: bu, iş yerim də ola bilər. Çalışdığım yerdə mənə mənfi enerji verən insan varsa, milyon versələr də, orada qalmaram, işdən çıxaram. Ətrafda ünsiyyət qurduğum, dost dediyim adamlar hamısı mənə yaxındır. Özümü çox sevirəm. Amma bəyənmirəm. Sevmək başqa, bəyənmək başqa. Özümü çox mənfi cəhətləri olan biri hesab edirəm. Ətrafımdakılar bəzən mənim əlimdən bezir”.

Uğurlarından söz açan H.Məhərrəmova ən böyük nailiyyətinin əkizləri olduğunu deyib:

“Çoxları mənim ana olmağıma inanmır. Həyatdakı ən böyük uğurum əkizlərimdir: biri qızdır, biri oğlan. Biri qaraşındır, biri sarışın. Heç oxşamırlar. Çalışıram onlara çox vaxt ayırım. Dayə ilə qalanda cizgi filmi izləyirlər. Mənim yanımda olanda isə onlara nağıl danışıram, musiqi dinləyirik, oynayırıq, söhbət edirik”.