Türkiyədə daha bir serial reytinq qurbanı oldu

Türkiyədə daha bir serial reytinq qurbanı oldu
4762 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə son dövrlərdə vaxtından tez bitən seriallar siyahısına biri də qoşulur.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, bu dəfə TRT1 ekranlarında yayımlanan "Aşkın Kanunu" serialı reytinq qurbanı olub.

Baş rollarında aktrisa Ceyda Düvenci, aktyorlar Mustafa Üstündağ, Bülent Şakrak və Yağmur Kaşifoğlu oynayan serialın yanvarın 5-də son seriyası nümayiş olunacaq.

Səbəb isə bəllidir: serial reytinq göstəricilərində gözlənilən nəticəni əldə edə bilməyib.