Tərk edilən gəlin intiqamını belə aldı - fotolar

Tərk edilən gəlin intiqamını belə aldı - fotolar
3990 dəfə oxunub
  • A-
  • A
  • A+
Üç il birlikdə olduğu nişanlısı tərəfindən toyuna sayılı günlər qalmış tərk edilən 23 yaşlı amerikalı Şelbi Svink fotoqrafı Elizabet Hoardın köməyi ilə intiqamını "rəngarəng" şəkildə alıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, nikah üçün təyin olunan gündə Ş.Svink rəfiqələri, hətta ana və atası ilə parkda bir araya gəlib və rəngarəng boyalarla gəlinliyini boyayıb. Şelbi nələr hiss etdiyini belə açıqlayıb:

"Bunun mənim üçün nə qədər azad bir təcrübə olduğunu izah edə bilmərəm. İlk boya gəlinliyimə töküldüyü andan özümü azad hiss etdim"