Ebru-Rza cütlüyü 58 milyonluq təyyarələriylə İtaliyaya getdi

Ebru-Rza cütlüyü 58 milyonluq təyyarələriylə İtaliyaya getdi
3690 dəfə oxunub
  • A-
  • A
  • A+
Boşanma xəbərləri yayılan Ebru Gündeş-Rza Zərrab cütlüyü yeni təyyarələriylə müğənni Demet Akalın və həyat yoldaşı Okan Kurtla birlikdə İtaliyaya tətilə gediblər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki günlük səyahətə çıxan dostlar əvvəlcə Milan, daha sonra isə İtaliyanın digər şəhərlərində olublar. E.Gündeş və D.Akalının məşhur markaların mağazalarından bol-bol alış-veriş etdikləri deyilir.

Qeyd edək ki, azərbaycanlı iş adamı Rza Zərrab “Gulfstream G550” model təyyarəsini 58 milyon dollara alıb.