Afaq Bəşirqızı atasının yubileyinə hazırlaşır

Afaq Bəşirqızı atasının yubileyinə hazırlaşır
1046 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, görkəmli aktyor Bəşir Səfəroğlunun 90 illik yubileyi münasibətilə martda tədbirlərə start veriləcək.

Axşam.az-ın "Report"a istinadən xəbərinə görə, bu haqda onun qızı, xalq artisti Afaq Bəşirqızı bildirib.

"Martın 11-də Bəşir Səfəroğlunun doğum günüdür. Həmin gün atamın xatirəsini qəbirüstü anımla yad edəcəyik. Martın 17-də Moskvada, martın 24-də isə Türkiyədə yubiley tədbirləri keçiriləcək. Bakıda təntənəli yubiley tədbiri oktyabrda olacaq" deyə, o, söyləyib.

A.Bəşirqızı Bəşir Səfəroğlunun 90 illik yubileyinin ABŞ-da da keçiriləcəyini vurğulayıb: "Həmin tədbir 16-20 may tarixlərində keçiriləcək".

Qeyd edək ki, bu il həm də A.Bəşirqızının 60 yaşı tamam olur.