"Həmin kişi ilə toyum olmadan 14 il yaşadım" - İlahə

"Həmin kişi ilə toyum olmadan 14 il yaşadım" -  İlahə
5720 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni İlahə Fəda həyatı ilə bağlı maraqlı etiraflar edib.

Axşam.az-ın məlumatına görə, ifaçı “Düzünü desək” verilişində uşağının olmama səbəbini açıqlayıb:

“Anamla atam tez ayrılıb. Ata həsrəti çəkmişəm. Bir oğlanı sevmişəm. Məndən 3-4 yaş böyük idi. Müharibə vaxtı cəbhəyə getdi, sonra mən müğənni oldum. Qayıdanda məni tapdı, yenidən birləşdik. Aramızda elçi, nişan, toy – heç nə olmadı. Həmin kişi ilə toyum olmadan 14 il bir yerdə yaşadım. Yaxşı oğlan idi. Atamdan sonra kişilərə etibarımı itirmişəm. Ona görə uşaq da dünyaya gətirmədim. Dedim, birdən xəstələnər, qəzaya düşər ölər, övladım atasız qalar. Yaşadığım kişi uşaq istəyirdi. Razılaşmırdım, deyirdim, 40 yaşımdan sonra. Mən 40 yaşıma çatmamış, o dünyasını dəyişdi. Bundan sonra da mənim üçün ailə qurmaq, uşaq dünyaya gətirmək məsələsi bağlanıb. Həyatımı olduğu kimi qəbul etmişəm. Təkliyimdən narazı deyiləm”.