Günay "İlin ən yaxşı modeli" seçilib

Günay "İlin ən yaxşı modeli" seçilib
2499 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə fəaliyyət göstərən model-aktrisa Günay Musayeva "İstanbul Fashion Week"də iştirak edəcək.

Axşam.az-ın məlumatına görə, həmyerlimiz eyni zamanda Kipr Universiteti tərəfindən mükafatlandırılıb. Universitet tələbələri arasında keçirilmiş qapalı səsverməylə Günay "İlin ən yaxşı modeli" seçilib.

Bu yaxınlada Bakıda qonaq olan və “Baku Fashion Nights”da podiuma çıxan G.Musayeva martın 22-də yenidən şəhərimizin qonağı olacaq. O, rol aldığı “Kod adı K.O.Z” filminin Nizami Kino Mərkəzində baş tutacaq qala gecəsində media nümayəndələri ilə görüşəcək.