Valideynləri görünüşünə görə körpədən imtina etdilər – fotolar

Valideynləri görünüşünə görə körpədən imtina etdilər – fotolar
15510 dəfə oxunub
  • A-
  • A
  • A+
Hindistanda iki həftəlik körpə nadir xəstəliklə dünyaya gəldiyi üçün valideynləri tərəfindən tərk edilib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, hamiləlik əsnasında və ya genetik səbəblərdən meydana gələn bu xəstəliyin daşıyıcıları qırışıq dəriyə sahib olurlar. Ana Mamata Dode və ata Acay Dode yeni doğulan övladlarını bu səbəbdən istəməyiblər. Körpənin babası Dilip Dode isə qızı və kürəkənindən fərqli olaraq, uşağı himayəsinə götürüb. Xəstəxana tərəfindən körpəyə təmənnasız müalicə kursu da tətbiq edilir.

Dilip açıqlamasında bildirib ki, qızı hamiləliyi ərzində dəfələrlə həkim müayinəsində olub. Ancaq ona uşağın xəstəliyi ilə bağlı hər hansı məlumat verilməyib. O, qonşuların yeni doğulan körpənin görünüşündən qorxduqlarını deyib:

“Bu xəbər bütün qonşular və qohumlar arasında yayıldı. Onu görməyə gələnlərin ardı-arası kəsilmirdi. Görənlər də qorxu içində evi tərk edirdilər. Heç kim uşağa əlini vurmaq istəmir”.

Uşağın babası valideynləri onu qəbul etməsələr də, körpəni özünün böyüdəcəyini söyləyib.