Sağlam qal və arıqla

Sağlam qal və arıqla
5240 dəfə oxunub
  • A-
  • A
  • A+
Pəhrizə başlamazdan əvvəl hansı qidanın sizi kökəltdiyini aşkarlayın. Və ondan sonra elə pəhriz saxlayın ki, immunitetiniz zəifləyib, bədəniniz gücünü itirməsin.

Axşam.az xarici mətbuata istinadən sizi həm gümrah saxlayacaq, həm də arıqladacaq pəhriz təqdim edir:

I gün:
Səhər: Şəkərsiz çay, 1 fincan suda bişmiş, yağsız düyü, 1 dilim kərə yağı. Sonda isə şəkərsiz moruq kompotu.

Nahar: Göyərti və pomidordan hazırlanan, üzərinə azca yağ tökülən salat, suda bişmiş mal əti.

Axşam tərəfi:1 ədəd armud və ya 6 ədəd quru meyvə. 10 ədəd badam, 30 qr. qara şokolad.

Şam yeməyi: Bir parça suda bişmiş balıq və ya toyuq filesi. Bir boşqab tərəvəz, 1 stəkan albalı şirəsi.

II gün

Səhər: Yaşıl çay, bir dilim düyü unundan çörək, yağsız yoqurt və badam.

Nahar: Hisəverilmiş balıq, pomidor və göyərtidən hazırlanan salat. Yaşıl noxuddan hazırlanan püre.

Axşam tərəfi: Alma, ½ avakado, 3 ədəd zeytun.

Şam yeməyi: Bir dilim yağsız balıq, yumurta, kələm, 1 stəkan ağ şərab.

III gün

Səhər: Bitki çayı, suda bişmiş qarabaşaq, 100 qr. Yağsız kəsmik.

Nahar: Kök və dəniz kələmindən hazırlanan salat, 1 yumurta, lobya püresi.

Axşam tərəfi: Bir az günəbaxan tumu, 30 qr. Qara şokolad.

Şam yeməyi: Dəniz məhsulu, pomidor, bibər və göyərtidən hazırlanan salat. İtburnu dəmləməsi.

Pəhrizi 1 həftə davam etdirmək lazımdır. Həftənin qalan günləri menyunu təkrarlamaq lazımdır.