Dünyanın ən balaca adamı öldü

Dünyanın ən balaca adamı öldü
3273 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən balaca adamı sayılan 54,6 santimetr boylu Çandra Bahadur Danqi 76 yaşında vəfat edib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, bu barədə Hindistanın "The Kathmandu Post" qəzeti yazıb. Nəşrin məlumatına görə, nepallı Sakit okeanda yerləşən Samoa arxipelaqındakı adalardan birində dünyasını dəyişib.

Danqiyə ötən həftə sətəlcəm diaqnozu qoyulmuşdu.

Nepallı 2012-ci ilin fevralında dünyanın ən balaca adamı kimi qəbul edilib və onun bu nailiyyəti "Ginnesin rekordlar kitabı"na düşüb.