“Flora Kərimova məndən niyə küsüb bilmirəm”

“Flora Kərimova məndən niyə küsüb bilmirəm”
824 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Flora Kərimova müğənni Aslandan küsüb.

Aslanın axşam.az saytına verdiyi məlumata görə, o, dəfələrlə xalq artistinə zəng etsə də, telefonlarına cavab verməyib:

“Hətta bayram günü də zəng etdim, amma cavab vermədi. Gah dedilər yatıb, gah da dedilər işi var. Küsülülüyünün səbəbini hələ ki, aydınlaşdırmamışam. Amma Flora xanım mənə qarşı nə qədər sözlər desə də, ondan incimərəm. Çünki mən böyüyünə hörmət edən insanam. O, mənim evimə gəlib-gedən insandı”.
 
Sənətçi fəaliyyətindəki yeniliklər barəsində də danışıb:

“Hazırda Qənirə Paşayevanın sözlərinə yazılmış “Turan eli” adlı mahnı üzərində çalışıram. Daha bir yeni mahnım isə “Bilirəm” adlanır. Bütün mahnılarımı Özbəkistanda yazdırmışam”.