Xalça Muzeyində sərgi keçiriləcək

Xalça Muzeyində sərgi keçiriləcək
608 dəfə oxunub
  • A-
  • A
  • A+
Noyabr ayının 24-də saat 15:00 tarixində Azərbaycan Xalça Muzeyində “Kələğayısı gülgəz, libası əlvan” adlı sərgi keçiriləcək.

Axşam.az Report-a istinadən xəbər verir ki, Azərbaycanın əvəzsiz sənət nümunələrini, milli irsini qoruyan, onun nümayişi və təbliğini daim həyata keçirən Azərbaycan Xalça Muzeyi öz ənənəsinə sadiq qalaraq, zərif sənət nümunəsi olan kəlağayımızı da qürurla nümayiş etdirəcək.

Məqsəd xalqımızın qədim milli irsini qoruyub yaşatmaq və gələcək nəsillərə ötürməkdir.

Tədbir çərçivəsində muzeyin Uşaq şöbəsi face-art proqramınında kəlağayı naxışlarının uşaqların əl-üzlərinə çəkilməsi və trafaretin üzərinin rənglənməsi kompozisiyası göstəriləcək.

Bundan başqa, konsert proqramı da təqdim olunacaq.