“Topal Teymur” növbəti dəfə səhnədə

“Topal Teymur” növbəti dəfə səhnədə
1498 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında səhnələşdirilən “Əmir Teymur” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, səhnə əsəri Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadənin quruluşunda təqdim edilib.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Aygün Səmədzadədir.

Səhnə əsərində əsas rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, Əməkdar artistlər Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, Münəvvər Əliyeva, Elşən Rüstəmov, Kazım Abdullayev, aktyorlar Hikmət Rəhimov, Rövşən Kərimduxt, Anar Heybətov, Şəhla Əliqızı və İlahə Həsənova ifa ediblər.

Qeyd edək ki, Hüseyn Cavidin “Topal Teymur” beşpərdəli dramı 1926-cı ildə çap edilib. Elə çap olunduğu ildə də tamaşaya qoyulan dram əsəri ədəbiyyat və incəsənət xadimləri, eləcə də teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.