Alim Qasımovun ad günüdür

Alim Qasımovun ad günüdür
923 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün xalq artisti Alim Qasımovun ad günüdür.

Axşam.az xəbər verir ki, dünyanın bir çox yerlərində Azərbaycan muğamını tanıdan sənətkarın 56 yaşı tamam olur. 

Valideynləri onun musiqiyə və xüsusilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları olmayıb. Əllərindən bir tək şey gəlirdi, dəf düzəltmək üçün atası bir keçi kəsmişdi. Bu dəf Alimin birinci musiqi alətiydi və bununla birlikdə o, gözəl, hamıdan fərqlənən səsə sahib idi. Daha sonra xalq artisti Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında Alim birinci muğam müsabiqəsində müvəffəqiyyət qazanıb. O vaxtlarda ifaçı muğam sənətinin, xüsusilə də "tarab" janrının araşdırmalarıyla məşğul olurdu. 1989-cu ildən Alim Qasımov Mənsurov qardaşlarıyla çıxış etməyə başlayıb, tarzan Camal və kamança ifaçısı Elşən ilə işləyib. Arada Alim Qasımov özü də dəf çalır. Cəmi doqquz albomu çıxan Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülüb. 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb. Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq-Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlər verərək, bütün dünyaya muğam sənətini tanıdıb, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayıb. Alim Qasımov fərqli nominasiyalara layiq görülüb. O, Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub. 26 may 2012-ci ildə Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.