Xalq artisti qızı ilə Fransaya gedəcək

Xalq artisti qızı ilə Fransaya gedəcək
983 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Alim Qasımov Fransa və Türkiyədə konsert proqramı ilə çıxış edəcək.

Axşam.az AzərTAc-a istinadən xəbər verir ki, konsert proqramı folklor musiqisinin dünyada təbliği ilə məşğul olan beynəlxalq fond tərəfindən reallaşdırılacaq.

Xalq artisti sentyabrın 15-də Fransada, sentyabrın 25-də isə Türkiyədə konsert verəcək. Xarici səfərlərdə görkəmli muğam ifaçısının qızı, əməkdar ərtist Fərqanə Qasımova da iştirak edəcək.

Sənətçiləri kamançada Rauf İslamov, tarda Zəki Vəliyev, balabanda Rafael İsgəndərov müşayiət edəcək.