Məşhur cütlük 20 milyonluq evlərinə köçdü

Məşhur cütlük 20 milyonluq evlərinə köçdü
2204 dəfə oxunub
  • A-
  • A
  • A+
Dünyanın ən çox qazanan modeli Gizela Bundçen və idmançı həyat yoldaşı Tom Bredi uzun müddətdir xəyalını qurduqları evlərinə sahib olublar.

Axşam.az-ın məlumatına görə, cütlük tikilişi üçün 20 milyon dollar xərclədikləri və inşaatı 5 ilə başa çatan evlərində müsahibə verib.

Gizela və Bredinin üç övladları ilə birlikdə yaşadıqları malikanə Los-Ancelesin ən yüksək zirvəsində yerləşir.

Ətraf mühitin dostu olan materiallarla dekorasiya edilən evdə idman zalından tutmuş, uşaqlar üçün əyləncə mərkəzinə qədər hər şey var.

Tanınmış cütlüyün qonşuları arasında əfsanəvi aktyor Arnold Şvartsneqer və model Haydi Klum da var.