Ukraynanın məşhur qrupu Bakıda klip çəkəcək

Ukraynanın məşhur qrupu Bakıda klip çəkəcək
1591 dəfə oxunub
  • A-
  • A
  • A+
Ukraynanın “Persona Grata” qrupu öz komandası ilə Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, qrupun səfərinin məqsədi şəhərimizdə klip çəkmək və bir neçə dəvətlərdə iştirak etməkdir.

“Persona Grata”nın bədii rəhbəri və prodüseri Səid Qafarov azərbaycanlıdır. Qrupun tərkibi üç gürcü və bir ukraynalı sənətçidən ibarətdir.

Qeyd edək ki, “Persona Grata”nın yaradıcı heyəti saytımıza açıqlamasında səfərin sentyabrın 14-22 arası gerçəkləşəcəyini bildirib.

Qrup "ANEVA" albomunda yer alan "Neveroyatno prosto" mahnısını ekranlaşdıracaq.

Səid Qafarov səfərlə bağlı bunları deyib:

"İndi çoxları klip çəkmək üçün Türkiyə, Gürcüstan, Avropanı və başqa ölkələri seçirlər. Biz isə Azərbaycana üstünlük verdik. Çünki burada bizə lazım olan tarixi məkanlar, müasir binalar var".