Pulunu 8 illik faiziylə istəyir - aktrisanı aldadıblar

Pulunu 8 illik faiziylə istəyir - aktrisanı aldadıblar
9227 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türk aktrisa Nurgül Yeşilçaya 2008-ci ildə reklam şirkəti tərəfindən saxtakarlıq edilib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətin iki nümayəndəsi – Turqut İlter və Hülya Baykara aktrisaya zəng edərək onun  bioqrafiyasını ensiklopediyada yayımlayacaqlarını və bunun qarşılığında 1236 lirə (təxminən 667 manat) istədiklərini deyiblər.

Urgül Yeşilçay onlarla razılaşıb və kredita kartından ödəniş edib. Lakin aktrisa növbəti aylarda hesabından 10 dəfə eyni məbləğin çəkildiyini görüb. Buna görə həmin şəxsləri məhkəməyə vermişdi. T.İlter sərbəst buraxılmış, H.Baykaraya isə 2,5 il həbs cəzası verilmişdi.

Dəyən maddi ziyanı hələ də geri ala bilməyən aktrisa, yenidən məhkəməyə müraciət edib və 16 min lirə pulunu 8 illik faizi ilə birlikdə ödənilməsini tələb edib.