Sevda Yahyayeva paltarlarını ona tikdirir

Sevda Yahyayeva paltarlarını ona tikdirir
4537 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevda Yahyayeva İTV-də yayımlanan “TVR klub” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi proqramda qarderobundan söz açıb.

Sevda bildirib ki, geyimlərini əcnəbi modelyerə hazırlatdırır:

“22 yaşlı gürcü modelyer İrakli Rusadze ilə çalışıram. Fransada təhsil alıb, dizaynerlik məktəbini keçib. Gözəl zövqə malikdir. Düzdür, eskizləri göstərəndə mən də müdaxilə edirəm. Belə olan halda həm libaslar ürəyimcə olur, həm də geyimlər üst-üstə düşmür. Hərdən hansısa paltarını başqa sənətçidə də görürsən. Belə hallar qaçılmazdır. Bu səbəbdən qarderobumda dizayner məsləhəti ilə tikilən libaslar daha çoxdur”.

Sevda bəzən prodüseri Tolikin də geyimlə bağlı ona tövsiyələr verdiyini deyib:

“Tolik hansısa xarici ölkədə olanda mənə zəng edir ki, dükanda qəşəng paltar gördüm. Şəklin çəkir atır. Əgər bəyənsəm, mənim üçün alır”.