Məşhur cütlüklərin yaşadığı milyonluq villalar - fotolar

Məşhur cütlüklərin yaşadığı milyonluq villalar - fotolar
5142 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhurların yaşadıqları evlər izləyicilər üçün hər zaman maraqlı olub.

Axşam.az-ın xarici KİV-ə istinadən bir neçə tanınmışın yaşadıqları mülklərin fotolarını təqdim edir.

Aktrisa Cennifer Eniston və aktyor Castin Teru 2012-ci ildən toylarına 3 il qalmış Los-Ancelesin Bel-Eyr bölgəsinə köçüblər. Üç min kvadrat metr ərazisi olan malikanənin dörd yataq otağı, 6 vanna otağı, dənizə mənzərəsi, böyük qonaq otağı, bağçası var.



Müğənni Beyons və rep ifaçısı Cey Zi Yeni Orleanda yaşayırlar. Onlar bu mülkü 2,6 milyon dollara alıblar. 22 otaqlı ev 1925-ci ildə tikilib.



Ancelina Coli və Bred Pitin əsas evləri Fransadadır. "Chateau Mirval" qalasında yaşayan cütlük toylarını da burada ediblər. Mülkün 35 otağı var.



Con Lecenq və Krissi Teyqen Los-Ancelesdə 14 milyon dollara ev alıblar. Evin kinoteatrından tutmuş idman zalına kimi hər şəraiti var.