Tolikdən deputata sərt cavab: "Xalq üçün neynəmisiniz?"

Tolikdən deputata sərt cavab:  "Xalq üçün neynəmisiniz?"
2566 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev (Tolik) millət vəkili Fazil Mustafanın müğənnilərlə bağlı açıqlamasına münasibət bildirib. 

Axşam.az-ın məlumatına görə, Tolik deputatın "Müğənnilərib ölkədən çıxışına yox, girişinə qadağa qoymaq lazımdır. Onları ölkədən yola salıb, cibinə də pul qoymaq lazımdır" sözlərinə əsəbiləşdiyini bildirib:

“Bu deputat, məncə, nə danışdığını bilmir. Sən kimsən ki, Azərbaycan vətəndaşının ölkəyə gəlməsinə qadağa qoyasan?! Bu ölkə  bizimdir, sizlər 5 il deputat olub, sonra olmayacaqsınız, amma müğənnilər bu xalqın illərdir qulluğundadır. Bəzi deputatların villalarına baxaq, sonra da müğənnilərinkinə. Görək vergidən ən çox kim yayınır, sizlər, yoxsa onlar? 

Heç olmasa müğənni xeyriyyə tədbirinə, uşaq evinə, əsgərlərin yanına gedir. Bəs siz bu vaxtacan xalq üçün neyləmisiniz? Dövlətin büdcəsini yalnız müğənnilər doldurmalıdır? Bəzi deputatların biznesinin vergisini kim ödəməlidir? Rayonlarda elə manopoliyaları bəzi deputatlar yaradır da. Bəlkə siz metrodan istifadə eləyirsiniz, ya da avtobusla gəzirsiniz  xəbərimiz yoxdur? 

Mən şəxsən bu ölkəyə bəzi deputatlardan çox yararlıyam. Lazım olanda kimsəsizlər evinə nəsə almışam, kasıba əl tutmuşam, əməliyyat elətdirmişəm. Bəs siz neynəmisiniz?

Xalqın acınacaqlı vəziyyətini düşünən deputat gedər xalqın içində olar, bunların maaşlarını artırar, guya bunlar heç pul görməyiblər. Axı xalqını düşünən etiraz edər və deyər ki, mənim maaşımı niyə qaldırırsınız, ondansa bəzi ailələrə sosial yardım edin".