"Kim istirahət etmək istəyirsə, bizim evimizə gələ bilər" - Manana

"Kim istirahət etmək istəyirsə, bizim evimizə gələ bilər" -  Manana
5804 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Manana bu yayı Gürcüstanın Kabuleti şəhərindəki villasında dincələrək keçirib.

Axşam.az-ın məlumatına görə, müğənni “ATV maqazin onlarla” verilişinə açıqlamasında oradakı evindən bəhs edib:

“Bu yayı oradakı villamda dincələrək keçirdim. Kim istirahət istəyirsə, uzağa getməsin, bizim evimizə gələ bilər. Villamız elə formada tikilib ki, qonaq gələndə narahat olmuram. Hər otağın öz mətbəxi var.

İstirahət zamanı Kristina Aquleranın konsertinə də getdim. Bunları danışıb, gündəmə gətirməyi sevmirəm".