Eldar Nigarla münasibətindən danışacaq - "Deyilənə görə"

Eldar Nigarla münasibətindən danışacaq - "Deyilənə görə"
5785 dəfə oxunub
  • A-
  • A
  • A+
Lider TV də ötən həftədən yayımlanan yeni "Deyilənə görə" maqazin proqramı bu gün ikinci efirinə çıxacaq.

Bugünkü proqramda da tamaşaçılar üçün bir-birindən maraqlı yerli və xarici xəbərlər təqdim olunacaq. Verilişdə fiziki məhdudiyyətli iki rəqqasın heyrətamiz rəqsi və müsahibəsi maraq doğuracaq.

Müğənni Eldar Qasımov Nigar Camalla münasibətindən danışacaq.

Bu dəfə "Deyilənə görə" komandasının suallarını N.Camal və "-40" mahnısı ilə tanınan Rauf Əhmədov cavablandıracaq.

Qeyd edək ki, "Deyilənə görə" hər həftənin cümə günü saat 22.00-da Liderin efirində yayımlanır.