Kamran təqdimat edəcək

Kamran təqdimat edəcək
863 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Kamran Quliyev təqdimata hazırlaşır.

Axşam.az-ın məlumatına görə, o, yeni açdığı “KA media group” üçün təqdimat mərasimi keçirəcək.

K.Quliyev bildirib ki, qonaqlar üçün fərqli dəvət hazırlayıb:

“Tədbirə yalnız xüsusi qonaqlar dəvət olunacaq. Təqdimat mərasimi “Holiday inn Baku” oteldə noyabrda baş tutacaq. Dəvətnamə isə maraqlı formada hazırlanır. Təqdimatın son hazırlıq işləri qalıb. Həmin gün "KAmedia.az" saytımızı, İnstaqram, Facebook səhifəmizi və “Youtube” kanalımızı da istifadəyə verəcəyik. İnsanlar şirkətimizin xidmətləri haqda məlumatı saytdan oxuya biləcəklər. Təqdimat günü üçün sponsorluq etmək istəyən bir çox şirkət var. Bizə uyğun olacaq bir qurumla işbirliyinə razılıq verəcəyik”.