Fidan Hacıyevanın qızı - foto

Fidan Hacıyevanın qızı -  foto
26053 dəfə oxunub
  • A-
  • A
  • A+
Xalq artisti Fidan Hacıyevanın qızı Corcinanın yeni fotosu yayılıb.

Axşam.az-ın məlumatına görə, şəkil "buro247.az" saytında yerləşdirilib. F.Hacıyeva eyni zamanda həyatı ilə bağlı maraqlı etiraf edib:

"İtaliyanın Siena şəhərində yerləşən Kicana musiqi akademiyasında ustad dərsləri almışam. Həmin akademiyanın həyətində bir quyu var. Bir dəfə rəfiqəm mənə dedi ki, bu quyuya qəpik atıb arzu tutsan, arzun bir il ərzində həyata keçəcək. Akademiyada oxuduğum zaman mən artıq Filipplə (həyat yoldaşı - red.) tanış idim. Arzu tutdum ki, gələn il bal ayımı burada keçirim. Bir müddət sonra Bakıya qayıtdım, Filipplə ailə qurduq və bal ayımızı planlaşdıranda təklif etdim ki, İtaliyaya gedək. Elə oldu ki, yolumuz Sienadan düşdü və Kicana Akademiyasının həyətinə gələndə bir il əvvəlki hadisə yadıma düşdü. Quyuya yenidən qəpik atıb arzuladım ki, sarışın, mavi gözlü bir qızım olsun. Bir il sonra Corcina dünyaya gəldi. Məhz Siena şəhərinin şərəfinə biz də qızımızın adını Corcina Siena Xəyalə qoyduq".

Qeyd edək ki, İngiltərə vətəndaşı Filip Neylorla ailə quran opera ifaçısının 3 övladı var.