“Bizim kino günləri” başlayır

“Bizim kino günləri” başlayır
547 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 2-dən Mədəniyyət və Turizm Nazirliyi və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ənənəvi layihəsi olan “Bizim kino günləri” öz işinə başlayır.

Kinostudiyadan Axşam.az-a bildirilib ki, bu layihə ilk dəfə 2016-cı ildə keçirilib və “Bizim kino günləri – audiovizual məkanda peşəkarlıq” adlanıb. Həmin layihə Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib.

“Bizim kino günləri 2017”də son illərdə çəkilən “Qatil”, “Yarımçıq xatirələr”, İçəri şəhər”, “Axınla aşağı”, “Xeyirlə şərin rəqsi”, “Dərs”, “Qırmızı bağ” filmləri nümayiş olunacaq.

Qeyd edək ki, layihə ilə bağlı fevralın 1-də Nizami Kino Mərkəzində mətbuat konfransı keçiriləcək.