Cəbiş müəllimin arvadı ona xəyanət edibmiş? - filmdən kəsilən video

Cəbiş müəllimin arvadı ona xəyanət edibmiş? - filmdən kəsilən video
68352 dəfə oxunub
  • A-
  • A
  • A+

Üç il əvvəl kulis.az saytı “Bizim Cəbiş müəllim” filminin sonluğu barədə kino kuluarlarında gəzən söhbətləri xəbərləşdirmişdi.

Xəbərdə qeyd olunmuşdu ki, deyilənə görə “Bizim Cəbiş müəllim” filmi belə bitməməliymiş. Cəbiş müəllimin arvadı alverçi qonşusu Əbülfəz ilə Cəbiş müəllimə xəyanət edir. Bu xəyanəti görən Cəbiş müəllim isə könüllü cəbhəyə yollanır və film onun ölümü ilə başa çatır. 

Filmin ssenari müəllifi, xalq yazıçısı Maqsud İbrahimbəyov isə bu iddiaları təkzib edərək filmin məhz onun yazdığı kimi bitdiyini deyirdi.  

Lakin dünən tədqiqatçı Füzuli Sabiroğlunun "Youtube"a yüklədiyi bir video bu köhnə şayiəni yenidən aktuallaşdırır. 

Belə ki, aşağıda təqdim olunan kadrda Sovet dövrü üçün intim sayıla biləcək bir səhnə çəkilib. Hələ bu azmış kimi, həmin səhnədan anons məqsədi ilə də istifadə olunub. Lakin həmin səhnə filmə salınmayıb. Filmin ilkin adı isə "O, əsgər deyildi" kimi nəzərdə tutulub.

Axşam.az kulis.az-a istinadən həmin səhnəni təqdim edir.