"Məşhur brendin siması olduğum üçün xoşbəxtəm" - Bella Hadid

"Məşhur brendin siması olduğum üçün xoşbəxtəm" - Bella Hadid
2907 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Bella Hadid “Dior” kosmetika şirkətinin yeni siması seçilib.

Axşam.az-ın xarici Kİv-ə istinadən məlumatına görə, bu barədə Bella özü bildirib. O, dünyada məşhur olan brendə sima seçildiyi üçün xoşbəxt olduğunu vurğulayıb:

“Hələ də inana bilmirəm. Şokdayam. Yeniyetməlik dövrümdən, bu, mənim arzum olub. Bu gün isə arzum reallaşdı”.

Qeyd edək ki, Cennifer Lourens və Natali Portman kimi tanınmışlar da şirkətin simasıdırlar. Hətta, bir müddət əvvəl Cennifer “Dior”un yeni reklamına da çəkilib.