Şövkət Ələkbərova adına musiqi məktəbinin yubileyi keçirilib - fotolar

Şövkət Ələkbərova adına musiqi məktəbinin yubileyi keçirilib - fotolar
545 dəfə oxunub
  • A-
  • A
  • A+

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 20 nömrəli musiqi məktəbinin 50 illik yubileyi qeyd olunub.

Axşam.az-ın məlumatına görə, tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov, Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.

Musiqi məktəbinin şagirdləri Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dirijor Xalq artisti Fəxrəddin Kərimovun müşayəti ilə geniş konsert proqramı təqdim ediblər.

2013-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə məktəbdə yenidənqurma və əsaslı təmir işləri aparılıb, elə bu ildən də məktəb 11 illik təhsil sisteminə keçid alıb.