Söylü və Moşu illər sonra yenidən eyni səhnədə - fotolar

Söylü və Moşu illər sonra yenidən eyni səhnədə -  fotolar
2688 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artistləri Afaq Bəşirqızı və Valeh Kərimov illər sonra eyni səhnəni bölüşüblər.

Axşam.az-ın məlumatına görə, aktyorlar yeni layihə çərçivəsində Sumqayıt Dövlət Dram Teatrına dəvət  olunublar. Teatrda A.Bəşirqızı və V.Kərimovun iştirakı ilə "Subaylarınızdan görəsiniz” musiqili komediyası əsasında səhnələşdirilən “Toy olsun”  tamaşası nümayiş edilib.

Səməni və Seyfi obrazlarını canlandıran xalq artistlərinin çıxışı maraqla qarşılanıb. Vəziyyət komediyası janrında qurulan tamaşada seçim azadlığı, hiylə, xəyanət, ailə münasibətləri, xoşbəxtlik kimi mövzular tamaşaçılara təqdim olunub.
 
Tamaşada  əməkdar artistlər Növrəstə Həşimova, İzaməddin Bağırov, İlahə Səfərova,  Cəlal Məmmədov, aktyorlar Akif Mirzəyev, Oqtay Mehdiyev çıxış ediblər.