Mirzə Babayevin 100 illik yubileyi qeyd ediləcək

Mirzə Babayevin 100 illik yubileyi qeyd ediləcək
771 dəfə oxunub
  • A-
  • A
  • A+

Iyulun 16-da görkəmli sənətkarımızın anadan olmasının 100 ili tamam olacaq. Bu münasibətlə Dövlət Film Fondunun təşkilatçılığı ilə tədbir keçiriləcək.

Tədbirdə mərhum sənətkarın özünəməxsus yaradıcılıq yolundan söz açılacaq və çəkildiyi filmlərdən epizodlar nümayiş olunacaq.
Mirzə Babayev müğənnilik fəaliyyətinə ötən əsrin 40-cı illərində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.
İfaçının radionun qızıl fondunda saxlanılan xeyli sayda mahnısı da var.
Azərbaycan kinosunun inkişafında da böyük xidmətləri olan Mirzə Babayev “Dərviş Parisi partladır”, “Bəyin oğurlanması”, “Dəli Kür”, “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur” kimi 30-dan artıq filmdə rol alıb.
Memar və rəssam kimi də tanınan Mirzə Babayevin Bakıda, Gəncədə, Sumqayıtda, Mingəçevirdə və digər şəhər, rayonlarda layihəsi əsasında binalar tikilib.
Böyük sənətkar, qayğıkeş və səmimi insan Mirzə Babayev 2003-cü il yanvarın 13-də, ömrünün 90-cı ilində vəfat edib.

AzərTac