"Heç vaxt xoşbəxt olmadım" - məşhur cütlüyün qızı

"Heç vaxt xoşbəxt olmadım" - məşhur cütlüyün qızı
3971 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzları Bryus Uillislə Demi Murun 29 yaşlı qızı, aktrisa Rumer Uillis ad günündə maraqlı etiraf edib.
 
Axşam.az xarici mediaya istinadən xəbər verir ki, social şəbəkədə bacısı ilə uşaqlıq fotosunu paylaşan Rumer heç vaxt xoşbəxt olmadığını deyib:
 
“Budur, qarşınızdakı fotodakı qız öz ad gününü qeyd edir. Həmin balaca Rumer hər zaman mənim daxilimdə yaşayırdı, ancaq digərlərinə oxşamadığı və qəribə olduğu üçün onu hamıdan gizlətmişəm. Çox nadir hallarda həmin Rumer üzə çıxıb: yalnız bacısı ilə söhbətləri zamanı. Qalan bütün vaxtlarda mən Rumeri gizlətmişəm və hər zaman çalışmışam ki, öz mövcudluğu ilə başqalarını narahat etməsin. Düşündüm ki, xoşbəxt ola bilərəm, amma mən heç vaxt xoşbəxt olmadım… Mən həmin balaca Rumeri hər zaman bu fotodan xatırlayacağam və onunla fəxr edəcəyəm…”.