İrina ideal bədən quruluşu ilə heyrətləndirdi - fotolar

İrina ideal bədən quruluşu ilə heyrətləndirdi - fotolar
4902 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı model İrina Şeyk Nyu-Yorkda keçirilən “Moda həftəsi”nə qatılıb. ana olduqdan sonra ilk dəfə böyük podiuma çıxıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə ay öncə ana olan 31 yaşlı model podiumda ideal bədən quruluşu ilə heyrətləndirib.

Qonaqlar apreldə ana olan və formasını qoruyan İrinadan gözlərini çəkə bilməyiblər. Moda nümayişini izləyənlər Şeykin podiuma çıxışını alqışlarla qarşılayıblar.

İrina ilə birgə “Moda həftəsi”ndə Adriana Lima, Brend Lİ, Elza Hosk, Teyan Teylor və digər həmkarları ilə dizayner Philip Pleinin yeni kolleksiyasını nümayiş etdiriblər.

Qeyd edək ki, aktyor Bredli Kuperlə sevgili olan modelin bu ilin martında Lea de Sen adlı qızı dünyaya gəlib.