Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi
991 dəfə oxunub
  • A-
  • A
  • A+

Faktiki hava şəraiti ilə əlaqədar nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə paytaxtın əsas magistral yolları Heydər Əliyev prospekti-Hava Limanı və Zığ dairəsi-Hava Limanı yollarında hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Axşam.az xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev sosial şəbəkədə yayıb.

O, sürücülərə yolda müəyyən edilən sürət həddini nəzərə almağı tövsiyə edib.