Müğənni Miri Yusif yeni mahnısını və klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, “Oyna” adlanan bəstənin sözləri Orxan Qarabasmaya aiddir. Ekran işinin rejissorluğu Fərhad Əliyə həvalə olunub.

Son vaxtlar kliplərindəki cəsarətli səhnələrlə diqqət çəkən M.Yusifin sözügedən ekran işindəki kadrları da diqqət çəkib. Onun modellə səmimi görüntüləri nəzərdən qaçmayıb.

Qeyd edək ki, M.Yusif solo konsertə hazırlaşır. O, dekabrın 8-9-da Heydər Əliyev Sarayında çıxış edəcək.