“Sponsor tapmaq üçün gərək qız olasan, məndə hardadır o bəxt?!”

“Sponsor tapmaq üçün gərək qız olasan, məndə hardadır o bəxt?!”
3387 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu yaxınlarda ata olan Emil Bədəlov Axşam.az saytına  müsahibə verib. 

 -Emil daim el şənliklərində ifa edən bir müğənnidir, evdə balaca körpənin olması yuxu rejiminizə necə təsir göstərir?

 - Uşağım ağlasa da, mənim üçün xoşdur. Ümumiyyətlə yatanda xırda bir səs belə mənə pis təsir edir. Amma körpəmin səsini sanki heç eşitmirəm də. Hələ ki, çox körpə olduğu üçün bizimlə eyni otaqda yatır.

- Övladınıza çoxlu bahalı hədiyyələr gətirilmişdi. Davamı gəlir, yoxsa artıq hədiyyələr  bitib?

- Yox, hələ uşağın 40 günlüyünü də edəcəyəm. Əsl bahalı hədiyyələr onda gələcək. Hər kəsə burdan deyim ki, sizdən bahalı hədiyyələr gözləyirəm. (gülür)

- Bəs Emil Bədəlov özü körpəsinə nə hədiyyə edib?

- Elə onun üçün düzəltdiyim otaq ən böyük hədiyyəmdir. Təxminən 7000-8000 pul xərcləmişəm. Hətta inanırsınız ki, böyüyəndə yatacağı yatağa qədər almışam.

- Evlənməzdən öncə tez-tez adınız qızlarla hallanırdı. Evlənəndən sonra həyatınızda nələr dəyişdi?

- Sözün yaxşı mənasında tamamilə dəyişmişəm. Əgər mən o həyatı seçsəydim evlənməzdim. Etiraf edirəm ki, əvvəlki həyatım o qədər də yaxşı olmayıb. Neyləyim ki, müğənni qızlar həmişə məni sevib?!

- Evlənəndən sonra daha sevgi etirafları gəlmir?

- Əksinə evlənədən sonra iki qat artıb. Amma əsas odur ki, mən onlara əhəmiyyət vermirəm. Hamısına dost kimi baxıram.

- Boşanmağınızla bağlı xəbərlər də zaman-zaman medianın gündəmində olub.

- Boşanmaqdan söhbət gedə bilməz, bu xəbəri yayanları da ciddi cəzalandırmışam.

- Deyəsən, Emil Bədəlovun boşananlara münasibəti birmənalı deyil?

- Yox, əsla. Boşanmaqda əlbəttə ki, ayıb bir şey yoxdur. Bir də görürsən qız yaxşı bir oğlanla evlənir, bir ildən sonra oğlan narkomaniya ilə məşğul olmağa başlayır. Neyləyə bilər ki?! Amma bəzən də insanlar sanki düşünmədən ailə qururlar.

- Sonda bəlkə bir az yeniliklərinizdən danışasınız.

- Yeniliklərim əslində çoxdur, təzə mahnılarım və duetim olacaq. Amma hələ ki, konsert vermək fikrim yoxdur. Çünki konsert üçün 100 min manat pul lazımdır.

- Emil üçün sponsor tapmaq çox çətindir?

-Sponsor tapmaq üçün gərək qız olasan, məndə hardadır o bəxt?!

Çinarə