Xalq artisti Aygün Kazımova səs-küylü “Cücələrim” klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, sənətçi mahnının yaranmasının 70 ilinə həsr olunan klipini “Youtube” kanalında yerləşdirib.
“Cücələrim”in musiqisi Qəmbər Hüseynli, sözləri isə Tofiq Mütəllibova aiddir. A.Kazımova klip üçün Kamran Aydınovun kamerası qarşısına keçib.