"Bir övladım var, elə bilirəm, 10 uşağa baxıram" - Yeganə

"Bir övladım var, elə bilirəm, 10 uşağa baxıram" - Yeganə
3674 dəfə oxunub
  • A-
  • A
  • A+
ARB Ulduz-un "Virtual həyat" proqramının budəfəki müsahibi müğənni Yeganə olub.

Axşam.az xəbər verir ki, müğənni hələlik tək övlad sahibi olmasına baxmayaraq, çoxuşaqlılıqdan şikayətlənib:

“Tək övladım var, 3-4 olsaydı, yəqin ki, yanıma salıb gəzdirərdim. Bir övladım var, ancaq elə bilirəm ki, 10 uşağa baxıram. Deyirəm, bu camaat 2-3, 4 uşağa necə baxır? Allah onlara güc, qüvvət versin, səbr versin”.

Oğlu Ömərin kifayət qədər yükləndiyini, yorulduğunu etiraf edən müğənni övladının səhərdən-axşama kimi elə o yan-bu yana qaçdığını söylədi.

“Səhər dərsə gedir, dərsdən gəlir, məşğələyə gedir, məşğələdən gəlir, o biri məşğələyə gedir. Sonra da idmana yollanır. Bir də baxır ki, artıq gecə olub, yatırıq. Bax, gün ərzində işlərimiz bundan ibarətdir. Anası işə getmir, heç olmasa balası getsin”.