Kənan Hollivud filminə çəkilir?

Kənan Hollivud filminə çəkilir?
1522 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kənan İmirzalıoğlu ötən gün xanımı Sinem Koballa kafelərdən birindən çıxarkən görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Mehmed: Bir Cihan Fatihi" serialı ilə ekranlara geri dönməyə hazırlaşan aktyor çıxışda jurnalistlərin suallarını cavablandırıb.

Kənanın bu yaxınlarda rejissor Mario Kassardan film təklifi aldığı haqda xəbərlər yayılmışdı. Bu səbəbdən mətbuat nümayəndələri aktyora "Film təklifi aldığınız düzdür? Hollivuda transfer olursunuz?" sualı veriblər.

İmirzalıoğlu isə gülərək "Futbolçuyam ki, transfer olum?" deyə cavab verib.