İranın paytaxtı Tehran şəhərində azərbaycanlı müğənnilərin iştirakı ilə konsert proqramı keçirilib.

Axşam.az-ın məlumatına görə, fevralın 23-də baş tutan tədbirdə əməkdar artist Baloğlan Əşrəfov, müğənni Elçin Hüseynov, meyxanaçı Namiq Qaraçuxurlu, iranlı ifaçı Ayhan səhnəyə çıxıblar. 

E.Hüseynov bildirib ki, konsert "Vizareti Kişvər" sarayında keçirilib:

"Dörd min insanın yerləşdiyi saray dolu idi. Bizi səhnədə "Niel" orkestri müşayiət edib. Bu, bizim İranda ikinci konsertimiz idi. Bundan əvvəlki çıxışımız da çox bəyənilmişdi. Tədbirin Azərbaycandan təşkilatçısı mən, İranda isə Yaşar Azərtaşdır. Konsertlərimiz İranın bir neçə böyük şəhərində olacaq: Urmiya, Zəncan, Ərdəbil, Təbriz...
Eyni zamanda mayda Türkiyə və Almaniyada konsertlərimiz planlaşdırılıb. Azərbaycanın mədəniyyətini təbliğ etmək bizim borcumuzdur".

 
 
 
 
 


                 

Digər Xəbərlər