"Heç vaxt rəngli pencək geyinmərəm"

"Heç vaxt rəngli pencək geyinmərəm"
692 dəfə oxunub
  • A-
  • A
  • A+

Meyxanaçı Vüqar Əbdülov rəngli pencək geyinən sənət adamlarını tənqdi edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Show time” verilişində bildirib ki, heç vaxt bu cür geyimlərdən istifadə etməz:

“Ola bilər ki, hansısa tədbirin ssenarisinə uyğun rəngli geyim geyinə bilərik. Biz bir sənətçidən əlavə, həm də bir aktyoruq. Yəni tamaşaçının qabağına tamaşa göstərməyə çıxırıqsa, müəyyən bir obrazı canlandırırıq. Amma obrazdan kənar heç bir zaman məni rəngli pencəkdə görə bilməzlər. Mən dəbdəbəli rənglərə üstünlük vermirəm. Həm də onu öz əynimdə təsəvvür edə bilmirəm. Hər zaman çalışıram ki, tünd kostyumda, ağ köynəkdə olum. Bu sözləri özümə görə dedim. Başqaları geyinirsə, özləri bilər. Evdən də zəng edərlər ki, o kimin pencəyidi geyinmisən? Bilirlər ki, elə şey istifadə edən deyiləm”.