Özcanla bağlı sual Ebrunu dəli etdi: "Həddini bil"

Özcanla bağlı sual Ebrunu dəli etdi: "Həddini bil"
3672 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Ebru Dastan qonağı olduğu Seda Sayanın verilişində əsəblərinə hakim ola bilməyib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, efirdə Ebrunun keçmiş sevgilisi Özcan Dənizin Feyza Aktanla nikah görüntüsü yayımlanıb. Ebruya Özcanla bağlı sual ünvanlayan aparıcı Bilal Özcana Seda Sayan sərt reaksiya göstərib:

“Bunları mənim təşkil etdiyimi düşünəcəklər. Etməyin. Bilal, səninlə dava edəcəyəm. Qonaqlarımla belə şeylər etmək istəmirəm. Onlara hörmət edin”.

Ebru isə ailəli və uşaq sahibi olduğunu xatırladaraq “İnsanlar niyə bel altından vurmaqdan bu qədər həzz alır? Nə axmaq sualdır. İnsanlar həddini bilməlidir. Hər sualı verə bilməzsiniz” deyib. Bilal Özcan daha sonra sözlərinə görə həm Ebru Dastandan, həm də Seda Sayandan üzr istəyib.