Arvadı futbolçunun başqa qadınla videosunu yaydı - Video

Arvadı futbolçunun başqa qadınla videosunu yaydı -  Video
1937 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın "Spartak" futbol klubunun 31 yaşlı kapitanı Denis Qluşakov həyat yoldaşı Darya Qluşakova ilə boşanma qərarı alıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda futbolçunun vəkili məlumat yayıb. Ayrılığa səbəb isə Daryanın ərinə başqası ilə xəyanət etməsidir.

Denis həyat yoldaşının başqa kişi ilə münasibətini bir il əvvəl öyrənib. Qluşakov söhbətin ailə içində həl olunmasına çalışıb. Vəkilin dediyinə görə, son günlər Darya futbolçu ilə münasibətlərini tamamilə korlayıb və ona qarşı müharibə elan edib.

"Bir neçə ay əvvəl Denis xanımı ilə boşanma qərarı alıb. O, bunu dostcasına və sülhlə etməyə çalışırdı. Denis yaxşı atadır və övladlarını çox istəyir. Uşaqlara görə ümumi qərara gəlməyə çalışırıq, amma Darya bunu istəmir" deyə, vəkil bildirib.

Bir neçə gün əvvəl isə Darya Denisin dincəlməyə getdiyi saunaya daxil olaraq, orada onun qızla videosunu çəkib və yayıb. "Onlar yarım ildir ki, ayrı yaşayırlar. Denis istədiyi kimi yaşaya bilər" deyə, vəkil sözlərinə əlavə edib.