"Eurovision" təmsilçilərimizdən olan Fərid Məmmədovun ABŞ-a köçməsi və orada kuryer işləməsi ilə bağlı xəbər yayılıb.

Axşam.az-ın məlumatına görə, əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva uşaqlıq dostu olan Fəridlə bağlı xəbərlərə münasibət bildirib:

"Bəzi insanlar başqalarının həyatına müdaxilə etməyin daşını atsaydı, daha xoşbəxt olardılar. Məni o xəbərin altına təq edib, üzgün işarəsi qoymayın. Fəxr edirəm ki, düzgün yolu seçib halal zəhməti ilə ailəsini ac qoymayan uşaqlıq dostum var".

F.Məmmədov ailəsi ilə birlikdə Nyu-Yorkda yaşayır.

Qeyd edək ki, Fərid 2013-cü ildə Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edib və ikinci olub. O, Aybəniz Haşımovanın tələbəsi olub. Müsabiqədən sonra Nigar adlı xanımla ailə qurub. Toyu qapalı keçən 28 yaşlı ifaçı məclisdə qonaqların gəlinlə şəkil çəkdirməsinə belə icazə verməyib.



                 

Digər Xəbərlər