Bu gün ARB 24 telekanalının yayımın dayandırılması və kanalın icraçı direktorunun işdan azad olunması ilə bağlı xəbər yayılıb. 

Axşam.az-ın məlumatına görə, məsələ ilə bağlı “ARB Media Qrup”un mətbuat xidməti açıqlama verib:

“Kanalın efir mərkəzinin və yayımının paytaxt Bakıya köçürülməsi ilə əlaqədar olaraq, yayım avadanlıqları üzərində texniki işlər aparılması zərurəti yarandığından, ARB 24 telekanalının Tovuz şəhərindəki yayımı müvəqqəti olaraq dayandırılıb. ARB 24 yaxın günlərdə Bakı şəhərində qurulan yeni yayım mərkəzindən efirə çıxacaqdır. Bu texniki yenilənmələrdən başqa kanalın yayımı və fəaliyyəti ilə bağlı heç bir problem yoxdur.

Kanalın icraçı direktoru Nadir Şəfiyevlə bağlı mətbuatda dərc olunan məulmatlarla bağlı isə onu bildirmək istəyirik ki, Nadir Şəfiyev öz xahişi ilə işdən çıxıb. Onun vəzifəsinin icrası isə ARB 24 kanalının baş redaktoru Radik İsmayılova həvalə olunub".



                 

Digər Xəbərlər