Tolik və Niyamın bu hərəkəti tənqid olundu - Efirdə biabırçılıq+Video

Tolik və Niyamın bu hərəkəti tənqid olundu - Efirdə biabırçılıq+Video
6363 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində bu gün gözlənilməz halyaşanıb.

Axşam.az xəbər verir ki, proqramın aparıcısı Tarix Əliyev “yıxılan ulduz” trendinə qoşulub. O, efirdə qəfildən yerə yıxılıb.

Verilişdə qonaq olan tanınmışlar əvvəlcə Tolikin bu hərəkətinə təəccübləniblər, daha sonra zarafat etdiyini görüb geri çəkiliblər. Bu zaman musiqi ifa edən Niyam Salami də Tolikə qoşulub və yerdə oturub. 

Bunu görən Tolik ayağa qalxaraq əvvəl Niyam Salamini yerə uzadıb, sonra ayağından tutaraq, sürüməyə başlayıb.

Onların bu hərəkəti tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər hər iki məşhuru efirə yaraşmayan addım atdıqları üçün qınayıblar.