MTRŞ-dan Mehriban Xanlarova ilə bağlı açıqlama

MTRŞ-dan Mehriban Xanlarova ilə bağlı  açıqlama
7035 dəfə oxunub
  • A-
  • A
  • A+

“Proqramda şou göstəriblər, problem hesab olunacaq bir şey yoxdur. Şounu bəyənən də, bəyənməyən də var”.

Axşam.az-ın məlumatına görə, bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov “Qafqazinfo”ya “Canım sizə desin” proqramı ilə bağlı danışarkən bildirib. O, verilişdə qanun pozuntusunun olmadığını qeyd edib:

“Proqramda xüsusi qanun pozuntusu, qeyri-etik hərəkət yoxdur.  Sadəcə olaraq tamaşaçıların ixtiyarına veriləcək bir şeydir. Biz nə edə bilərik? Sözügedən verilişlə bağlı başqa heç nə deyə bilmərəm. Ümumilikdə televiziya məsələlərində narazılıqlar var. Biz indi bu məsələlərlə məşğuluq. Media bilsin ki, hər bir hadisə bizim nəzərimizdədir”.