"Həkim mənə xərçəng diaqnozu qoymuşdu" - Flora Kərimova

"Həkim mənə xərçəng diaqnozu qoymuşdu" -  Flora Kərimova
1960 dəfə oxunub
  • A-
  • A
  • A+
"Oğlum, nəvələrim Almaniyada, qızım İngiltərədədir. Çox kövrəlirəm. Qorxuram ki... Çox ölümdən danışıram, deyəsən köçəcəm. Onlara o qədər vəsiyyət etmişəm ki...".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Flora Kərimova "Şou ATV" proqramında deyib. Övladlarından danışan müğənni ən böyük arzusunu açıqlayıb:

"Çox deyirlər, filankəs ölməzdən əvvəl hiss edirdi. Qorxmuram ölümdən. Son günlər ölümdən çox danışıram. Bu həyatda halallıq istəyəcəyim kimsə yoxdur. Bircə Allahdan bunu istəyə bilərəm. Bütün günü Allahımla danışıram, dava edirəm. O da deyir ki, çox fironluq edirsən, gələrsən yanıma... (gülür)

Tək arzum qızım Zümrüdün övladını görməkdir. Flora nəvəm olsun arzulayıram".

F.Kərimova həkimin illər əvvəl ona xərçəng diaqnozu qoyduğunu deyib:

"Həkim düzgün diaqnoz qoymamışdı. Hamilə idim, qızımın 1 yaşı var idi. Getdim həkimə, dedi ki, xərçəngsən. Uşağı şiş kimi qəbul edib. Nə günə düşdüm, 41 yaşım var idi onda. Həkimin qardaşı rəhmətə getdi, başqa ölkəyə getdi. Mən də digər həkimə getdim. Hamilə olduğumu dedilər, amma övladımı saxlaya bilmədim. Çünki həkim mənə yanlış dərmanlar yazmışdı, içirdim".