Kərim: “Özümü reklam etmirəm”

Kərim: “Özümü reklam etmirəm”
1026 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Kərim Abbasovun Məşəd ziyarətinə getməsi ilə bağlı xəbər vermişdik.

Axşam.az-ın məlumatına görə, sənətçinin bu haqda sosial şəbəkədə yazması birmənalı qarşılanmayıb. Bir çoxları K.Abbasovu özünü reklam etməkdə günahlandırıb. Müğənni qınaqlara belə cavab verib:

“Özümü ziyarətlə reklam etmirəm. Ağzıgöyçəklər artıq-əskik danışmasınlar. Sadəcə, sevincimi sizinlə bölüşmək istədim. Ziyarətlə reklam olmur. Həm də mənim reklama ehtiyacım yoxdur. Bu qədər tanınıb, sevilirəm. Bu mənə bəsdir”.